Qaxlılar öz səslərini Prezident İlham Əliyevə verəcəklər FOTO

Qaxlılar öz səslərini Prezident İlham Əliyevə verəcəklər FOTO

Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun İlisu, Ağçay kəndinin sakinləri və rayon mərkəzi xəstəxanasının kollektivi ilə görüşlər keçirilib. SİA-nın məlumatına görə, seçicilərlə görüşdə iştirak edən təbliğat qrupunun üzvləri- Milli Məclisin deputatı Azər Kərimli, tibb elmləri namizədi Afər Allahverdiyev, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov seçicilər qarşısında çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycanın 10 ildə qazandığı və fəxr etdiyi bütün nailiyyətlər cənab İlham Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, Azərbaycan bu gün müstəqil, sürətlə inkişaf edən, dünyəvi dövlət olaraq regionda öz liderliyini qoruyub saxlaya bilir. Prezident İlham Əliyevin fədakarlığının nəticəsidir ki, Azərbaycan xalqı bu gün firavan həyat sürür. Bu dövrün reallıqları həm də onu təsdiqləyir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Müdrik Azərbaycan xalqı daima öz prezidenti ilə birlikdədir və əlbəttə ki, növbəti 5 ildə də onunla birlikdə olacaq.

Görüşlərdə seçicilər qeyd ediblər ki, Qax rayonu da digər bölgələr kimi, günü-gündən abadlaşır, gözəlləşir, yeni inzibati binalar tikilir, parklar salınır. Bu inkişafın, bu tərəqqinin şahidi olan hər bir Qaxlı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir. Xalqın öz prezidentinə olan sevgisi və dəstəyi heç də təsadüf deyil. Çünki vətəndaşlar dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə görülən bütün işlərin nəticələrini öz gündəlik həyatlarında hiss edirlər. Bu mənada tam məsuliyyətlə demək olar ki, seçkilərin qalibi hamımız tərəfindən dəstəklənəcək cənab İlham Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə