Bu gün Yeni Azərbaycan partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılovun sədrliyi ilə 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı Yasamal rayon sakinləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, Milli Məclisin deputatı İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək bildirib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafa nail olunduğunu və bu inkişafın davamlı olması üçün qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə çıxışında 10 il ərzində prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirib ki, ötən müddət ərzində Azərbaycan hərtərəfli inkişafa nail olub.
Milli Məclisin deputatı İsa Həbibbəyli isə bildirib ki, prezident seçkilərinə "İlhamla İrəli" şüarı ilə qatılan YAP bütün seçiciləri İlham Əliyevə səs verməyə çağırır.
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyanın ölkə, cəmiyyət üçün əvəzsiz dəyərindən söhbət açıb.
Görüşün sonunda Yasamal rayon sakinləri prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB