Qobustanlılar İlham Əliyevə səs verəcəklərini bəyan edirlər FOTOLAR
Qobustan rayonunda prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, görüşlər rayonun Dərəkənd, Qurbançı və Ərəbşahverdi kəndlərində keçirilib.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin 10 il ərzində ölkəyə rəhbərlik etdiyi müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: "Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi, Ulu Öndərin siyasi davamçısı İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, bacarığı, siyasi uzaqgörənliyi sayəsində mümkün olub".
Sədr respublikada gedən sürətli inkişafdan Qobustana da pay düşdüyünü, rayonun və onun kəndlərinin simasının son illər əsaslı şəkildə dəyişdiyini vurğulayıb və seçiciləri seçki günü məntəqələrə gələrək layiqli namizədə səs verməyə çağırıb: "Biz Qobustanlılar Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyir, dövlət başçımıza yenidən etimad göstərəririk. Hər birinizi 9 oktyabr-Prezident Seçkilərində İlham Əliyevə səs verməyə çağırıram".
Milli Məclisin deputatı İqbal Məmmədov ölkə başçısının yürütdüyü sosial-iqtisadi siyasəti təhlil edərək ölkədə gedən iqtisadi yüksəlişdən, Lerik rayonunda aparılan məktəb, yol və körpülərin tikintisindən, abadlıq işlərindən, kəndlərə mavi yanacağın verilməsindən və bu işlərin daha da intensivləşdirilməsindən söz açıb. O bildirib ki, 9 oktyabrda keçiriləcək seçkilərdə hər kəs İlham Əliyevə səs verəcək.
Professor Əlihüseyn Hidayətov isə Azərbaycanın regionda, eləcə də dünyanın lider ölkələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin misilsiz fəaliyyətindən danışıb. O da həmçinin çıxışının sonunda seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən digər kənd sakinləri də natiqlərin çıxışlarını dəstəkləyərək, hamılıqla Azərbaycanın sürətli inkişafının təminatçısı olan İlham Əliyevə səs verəcəklərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB