Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bəzi partiyalardan prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri qeydə alınıb. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən tədbirdə, Milli Dirçəliş Hərəkatı Partiyasının, Müasir Müsavat Partiyasının, öz təşəbbüsü ilə prezidentliyə namizəd Zahid Məhərrəm oğlu Orucun səlahiyyətli nümayəndəsi qeydə alınıb.
İclasda həmçinin Azərbaycan Sosial Demokrat Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının təyin olunmuş məşvərətçi səs hüquqlu üzvləri təsdiq edilib.
Bundan əlavə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 50, Azərbaycan Sosial Demokrat Partiyasının 5, Azərbaycan Demokrat Partiyasının 17, Cəmil Poladxan oğlu Həsənlinin 37, Ədalət Partiyasının 13 nəfər vəkili qeydə alınıb.
Daha sonra iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) bəzi Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib. MSK-nın 13 sentyabr və 16 sentyabr 2013-cü il tarixli iclasının protokolları təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB