"İlham Əliyevin mütərəqqi siyasəti ətrafında sıx birləşmişik"

"İlham Əliyevin mütərəqqi siyasəti ətrafında sıx birləşmişik"

YAP Zaqatala rayon təşklatının təşəbbüsü ilə prezident seçkiləri ilə bağlı təbliğat kampanyası rayonun Bazar və Əlibayramlı kləndlərində keçirilmişdir. Bazar kəndində keçirilən görüşdə 200 nəfər partiya fəalı iştirak etmişdir. 111 saylı Zaqatala balakən seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamilə Əliyeva və Texniki Universitetin Prorektoru partiya fəalı Yahudov Xalıq iştirak etmişdir. Görüşü ilk olaraq Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açmışdır. Görüşdə Kamilə Əliyeva, Yahudov Xalıq, YAP Qadınlar şurasının sədri Vəfa Süleymanova və kənd ağsaqqalı çıxış etmişdirlər. Görüş yüksək fəallıq şəraitində keçmişdir.

Əlibayramlı kəndində keçirilən görüşdə isə 250 nəfər partiya fəalı iştitrak etmişdir. Görüşdə ilk olaraq YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxış etmişdir. Seçicilərdən Kamilə Əliyeva, Yahudov Xalıq, Süleymanova Namidə, YAP Zaqatala rayon təşkilatının sədr müavini Xanım İsayeva və kənd ağsaqqalı çıxış etmişdir. Görüş yüksək fəallıqla keçmişdir.

Sakinlərlə görüşən təşviqat qrupu bu gün Azərbaycanda gedən inkişafın təməlində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını, bu müdrik siyasətin Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Eyni zamanda, qeyd edilib ki, Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın adı beynəlxalq aləmdə yüksəklərə qaldırılıb. Təbii ki, bütün bu kimi amillərin nəticəsində regionlarımız da tərəqqi etməkdədir. Zaqatalıların daim dövlətçilik ənənələrinə sadiqliyi bir daha sübut edib ki, rayon sakinləri daim Cənab İlham Əliyevin mütərəqqi siyasəti ətrafında sıx birləşiblər. Qarşıdan gələn seçkilərdə bu faktor bir daha öz təsdiqi tapacaq. Təviqat qrupunun üzvləri son olaraq bir daha görüş iştirakçılarını Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə