YAP Ucar rayon təşkilatı rayonun Qaradağlı və Çiyni kəndlərində keçirdiyi görüşlərdə Azərbaycan Respublikası Miili Məclisinin deputatı Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək partiyanın namizədi Cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırmış, seçkilərdə seçiciləri qələbə çalmağa səsləmişlər.
Seçicilər adından Qaradağlı kənd sakinləri, kənd tam orta məktəbin direktoru Əlikram İsayev, şəhid atası Aslan Məmmədov, Çiyni kənd sakini Nərgiz Bağırova çıxış edərək birmənalı olaraq kənd sakinlərinin İlham Əliyev cənablarının dəstəklədiklərini bildirmişlər. Çıxışlarda qeyd edilmişdir ki, respublikamızın hər yerində olduğu kimi rayonda da seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımı şərait yaradılıb.
Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin on illik fəaliyyəti ilə bağlı, bütün sahələrdə sosial-iqtisadi inkişafdan, siyasi sabitlikdən geniş söhbət açan YAP Ucar Şəhla Abdullayeva vurğulayıb ki, bu gün respublikamızın hər yerində olduğu kimi, Ucar rayonu da inkişafının yüksək mərhələsindədir: "Təbii ki, bütün bu faktorlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsi kimi dəyərlənidirilməlidir. Məhz bütün bunları nəzərə alaraq bir daha vuğulamaq istərdim ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, eləcə də ucarlılar Cənab İlham Əliyevə səs verməklə ölkənin inkişafına, tərəqqisinə, daha da qüdrətli, güclü olmasına səs verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB