Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini MSK sədri ilə görüşüb

Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini MSK sədri ilə görüşüb

Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi, ATƏT–in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazən və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Bu barədə SİA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən M. Vuazən qarşıdan gələn seçkiləri müşahidə məqsədilə Azərbaycanda olduqlarını qeyd edib və Azərbaycan Respublikasında mövcud seçki institutları, müşahidəçiliyin prisnipləri və seçki qanunvericiliyindən irəli gələn digər tələblər və seçkiqabağı hazrılğın vəziyyəti barədə məlumat verilməsini xahiş edib.

Azərbaycan seçki qanunvericiliyində vətəndaşların aktiv və passiv seçki hüquqlarının reallaşdırılması üçün müəyyən olunmuş hüquqi normalar barədə qonaqlara ətraflı məlumat verən Komissiya sədri həmçinin, rəhbərlik etdiyi qurum tərəfindən azad və ədalətli seçkilərin keçirilməsi üçün görülən işlərdən söz açıb. O, Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib və həyata keçirilən maarifləndirici layihələrin bir çoxunun həmin təşkilatlarla birgə gerçəkləşdirildiyini söyləyib.

Görüşdə seçkilərə hazırlığa dair digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qonaqlar ətraflı məlumata görə MSK sədrinə minnətdarlıq edib və seçkilərin hazırlanıb keçirilməsi işində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə