Cümşüd Nuriyev: “Cəmil Həsənli, səni Dubay və BP ilə nə bağlayır?” Açıqlamasan, səni mən ifşa edəcəyəm

Cümşüd Nuriyev: “Cəmil Həsənli, səni Dubay və BP ilə nə bağlayır?” Açıqlamasan, səni mən ifşa edəcəyəm

"Cəmil Həsənli son 25 ay ərzində qeyri-qanuni yolla dövlət pensiya fondundan 50 min manat vəsait əldə edib". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev "Milli Şura"nın təbliğatının tənqid və təhqir üzərində qurmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısını korrupsiyada ittiham edən Cəmil Həsənli özünə saxta pensiya düzəltməklə şəxsən bu işlə məşğul olduğunu sübut etdi: "Korrupsiyadan danışan adam özü vəsait əldə etmək üçün rüşvət verib. Yəni korrupsiyanı yaradan və onun içərisində olan Cəmil Həsənli öz həqiqətlərini ölkə prezidentinin ayağına yazır. Buna görə ona saxtakarlıq və rüşvətxorluq maddələri üzrə cinayət işi açılmalıdır. "Milli Şura" platformasını təqdim etmək əvəzinə, tək prezidentin özünü deyil, eyni zamanda onun ailə üzvlərini də ləkələyir. Dünya praktikasında belə bir şey yoxdur. Bunu geri qalmış düşüncə tərzinə malik olan insanlar edirlər. Prezidentin yürütdüyü siyasəti tənqid etmək olar, lakin onun şəxsiyyətinə kimsə toxuna bilməz. Heç kimin buna ixtiyarı yoxdur".

Politoloq açıqlaması zamanı Cəmil Həsənliyə müraciət ünvanlayıb: "Cəmil Həsənliyə bir vətəndaş kimi müraciət edirəm. Səni BP, Böyük Britaniya və Dubayla nə bağlayır? Əgər bu suala cavab verməsə, mən özüm bu barədə açıqlama verəcəm. Əgər doğurdan da səmimidirsə, o zaman suallarıma cavab versin. Azərbaycanın əxlaqını niyə ayaqlar altına atdığını izah etsin! Mən bu məsələlərə toxunmaq istəməzdim, lakin Yeni Azərbaycan Partiyasının üzvü kimi öz sədrimin şərəfini qorumaq mənim borcumdur. İlham Əliyevə yönləndirilən istənilən fikir bu partiyanın 600 minlik üzvünə şamil edilir. Onlar atdıqları addımlarla əxlaq normalarını pozdular. İndi isə ədalətdən, haqdan, düzlükdən danışırlar. Cəmil Həsənli, sən dünənə qədər İlham Əliyevin siyasətini bəyənən, ondan tarixi kitablar yazan biri deyildinmi? İndi belə bir addım atmaq, hər şeyin üstündən xətt çəkmək nankorluqdur. Bir daha nəzərinə çatdırıram ki, əgər suallarımın cavabını verməsə, o zaman mən sizin agentlik vasitəsilə onun BP, Böyük Britaniya və Dubayla bağlı əlaqələrini açıb tökəcəm. O elə bilir ki, dəvəquşu kimi başını quma soxub, heç kim onu görmür".

Bütün xəbərlər Facebook səhifəmizdə