YAP təbliğat-təşviqat kampaniyasına uğurla başladı

Xalqımız növbəti 5 ildə də İlham Əliyevi Prezident görmək istəyir
YAP təbliğat-təşviqat kampaniyasına uğurla başladı

Məlum olduğu kimi, 9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. 16 sentyabrdan etibarən bu seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyasının ilk günündən ölkəmizin bütün bölgələrində YAP üzvləri, gənclər və könüllülər plakatlara şəkilasma aksiyasında fəal iştirak ediblər. Azərbaycan xalqı bu seçkilərdə də Cənab İlham Əliyevin qalib gəlməsi üçün öz dəstəyini əsirgəmir və xalqın səsi YAP-ın namizədinindir.

Qeyd edək ki, 16 sentyabr 2013-cü il tarixində YAP tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Quba rayonu üzrə Seçki Qərargahı da təbliğat-təşviqat işlərinə start verib. Bu kampaniyada YAP Quba rayon təşkilatının fəal gəncləri böyük ruh yüksəkliyi ilə aktiv iştirak edərək Cənab İlham Əliyevin şəkillərini lövhələrə birinci sırada yapışdırıblar. Bu aksiya Quba rayonunda da uğurla həyata keçirilib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə