YAP Qobustan rayon təşkilatı təşviqat prosesinə start verdi

Lövhələrə şəkilyapışdırma aksiyası keçirilib
YAP Qobustan rayon təşkilatı təşviqat prosesinə start verdi

Qobustan rayonunda da Yeni Azərbaycan partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Seçki Qərargahı uğurlu fəaliyytə start verib. Belə ki, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən təşviqat lövhələrinə şəkilyapışdırma aksiyası keçirilib. Qeyd edilib ki, aksiya zamanı hər birində 3 nəfər olmaqla yaradılmış 9 qrup tərəfindən rayon ərazisindəki 28 təşviqat lövhəsinə 37 şəkil yapışdırılıb. Təşviqat kampaniyasının uğurla başladılması bir daha əminlik yaradır ki, Azərbaycan xalqı bir daha öz uğurlu seçimini edərək ölkənin inkişafına, tərəqqisinə səs verəcək.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə