Qusarda YAP-ın namizədinin təbliğatı ən yüksək səviyyədə aparılır
Qusarda bu gün saat 8:00-dan Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat kampaniyasına start verilib. Təbliğat-təşviqat kampaniyasına ən yüksək səviyyədə hazırlıq işləri görülüb. Təşviqat qrupları qabaqcadan tərtib olunmuş qrafiklər üzrə üzrə seçicilərlə görüş keçirəcək, əhali ilə birbaşa ünsiyyətdə olacaq, hakim partiyanın gələcək yüksək amal və ideyaları insanlara çatdırılacaqdır.
Əhaliyə Yeni Azərbaycan Partiyasının ali məramının Azərbaycan xalqına xidmət etməkdən ibarət olduğu, regionlarda, eləcə də Qusarda bundan sonra da həyata keçiriləcək gələcək uğurlu planların məqsədi aşılanacaqdır. Bu vaxta qədər Qusarda görülən işlərin, həyata keçirilən iqtisadi-sosial addımların bundan sonra da reallaşdırılacağı rayon əhalisinin diqqətinə çatdırılcaq. Azərbaycanın gələcək inkişafı yalnız İlham Əliyev siyasətindən və onun həyata keçirdiyi iqtisadi-siyasi proqramlardan asılıdır. Rayon gənclərinin isə fəal iştirakı təbliğat-təşviqat kampaniyasına xüsusi çalar qatacaq, təbliğatı daha dinamik edəcəkdir.
Bu görüşlərdə rayonun ağsaqqalları, partiya veteranları, Milli Məclisin YAP-dan olan deputatları və partiyanın rayon təşkilatının təbliğat qrupları iştirak edəcəklər. Görüşlər müxtəlif formalarda, ən yüksək şəkildə həyata keçiriləcəkdir.
Seçicilər ilə keçiriləcək çoxsaylı görüşlərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin zəngin həyat yolundan, onun seçki proqramından, Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən və ölkəmizin gələcək inkişaf konsepsiyasından çıxışlar ediləcəkdir. Eyni zamanda Azərbyacan dövlətinin super güclərdən birinə çevrilməsi üçün dövlət başçısı İlham Əliyevin əvəzolunmaz siyasətinin bundan sonra da davam etdirilməsinin zəruriliyi, reallaşdırılan iqtisadi layihələr seçicilərin diqqətinə çatdırılacaq.
Açılan yeni iş yerləri, aparılan abadlıq və quruculuq işləri Qusar rayonundan da yan keçməyib. Belə ki, son illər Qusar rayonu çox sürətlə inkişaf edərək özünün ən yüksək dövrünü yaşayır. Rayonda əsası qoyulan yeni istehsal sahələri, kənd təsərrüfatına göstərilən diqqət, yeni yolların salınması, ən ucqar kəndlərə qaz xətlərinin çəkilişi, parkların salınması, yeni inzibati binaların istifadəyə verilməsi son illər aparılan mühüm işlərin bir parçasıdır.
Samir

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB