Milli Məclisin deputatı Sahibə Qafarova sentyabrın 15-dən 18-dək Avropa Şurası Parlament Assamblyeasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında iştirak etmək üçün Madridə yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda İspaniyada gender bərabərliyi, qadınlara qarşı zorakılığın iqtisadi meyarları, Avropada insan alveri, polis orqanlarında irqçilik halları ilə mübarizə, irqçilik və dözümsüzlüklə mübarizə strategiyası, qadınlara qarşı zorakılıq, Avropada milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Millət vəkilinin burada çıxışı olacaq, eləcə də gündəlikdəki məsələlərə münasibətini bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB