Cəmil Həsənli hansı keyfiyyətlərinə arxalanaraq prezident olmaq istəyir? Məgər radikal tör-töküntülərin əlində oyuncağa çevrilən "vahid namizəd"mi Azərbaycan xalqının idarə edəcək? Bununla bağlı olaraq ölkə siyasilərinin fikirlərini öyrəndik:
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli:
"Milli Şura"nın vahid namizədi Cəmil Həsənli prezident seçilmək üçün öz iddiasını ortaya qoymayıb. Bu qurumun təqdim etdiyi layihəyə qoşularaq, "Milli Şura"ya daxil olan siyasi partiyaların keçid hökumətinin gələcəkdə rəhbəri olacaq şəxs kimi prezident seçkilərinə qatılıb. Yəni, bu şəxs prezidentliyə iddialı deyil, sadəcə bir vasitəçi kimi, hakimiyyəti "gələcəkdə" radikal qüvvələrə ötürəcək şəxs kimi prezident seçkilərində iştirak edəcək. Bununla barışan adam artıq faktiki olaraq başqa qüvvələrin əlində istifadə alətinə çevrilməyə razılıq verib. Bu da onun bir dövlətə başçılıq etmə ehtimalını mümkünsüzləşdirir. Ən xoşagəlməz faktor isə Cəmil Həsənlinin, xaricdən idarə olunan "Milli Şura" layihəsinə qoşulmasıdır. Bu, hər kəs tərəfindən etiraf olunan faktordur. Hesab edirəm ki, belə bir layihəyə qoşulan, ayrı-ayrı qüvvələrin maraqlarını ifadə etməyə razılıq verən insan heç bir halda öz dövlətinin, xalqının maraqlarını qoruya bilməz.
Millət vəkili Musa Quliyev:
Prezident seçkilərinə qatılan və Prezident İlham Əliyevə alternativ olmağa çalışan heç bir namizəd müəyyən keyfiyyətləri ilə digərlərindən fərqlənmir. Cəmil Həsənlinin isə prezident seçkilərində seçilmək şansı sıfırdan yuxarı deyil. Prezident seçilmək istəyən şəxsin xarizması, xalq arasında yüksək nüfuzu olmalıdır. Bütün bunların heç biri Cəmil Həsənlidə yoxdur.
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:
"Milli Şura" əvvəlcə Rüstəm İbrahimbəyovu prezident seçkilərində namizəd irəli sürməyə çalışdı. Ancaq Rüstəm İbrahimbəyov ayıldı. Ona aydın oldu ki, ondan müqəvva kimi istifadə etmək istəyirlər. Onlar da Cəmil Həsənlini qabağa verdilər. Cəmil Həsənli də "Milli Şura"nın Yusif Sərracı oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB