Gənclər Prezident seçkilərində fəal iştirak edəcəklər

Gənclər Prezident seçkilərində fəal iştirak edəcəklər

Qarşıdan Prezident seçkiləri gəlr. Bu seçkilərdə Azərbaycan gəncliyi necə iştirak edəcək? Bu sualı gənclərin özü cavablandıracaq:

Fərmail Nəsrullayev,

YAP Ağsu Rayon Gənclər Birliyinin sədri:

- Yeni Azərbaycan Partiyası bugünkü gəncliyə böyük önəm verir. Ölkəmizin hər bir rayonunda olduğu kimi bizim rayonda da qarşıdan gələn Prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşırıq. Bizim məqsədimiz gənclərimizi siyasi proseslərə, seçki ilinə daha aktiv şəkildə cəlb etməkdir. Ərazilərdə yaşayan gənclərlə görüşlər nəzərdə tutmuşuq. Əsas məsələ odur ki, bu işdə partiyamızın rayon təşkilatında birləşən gənclərimiz daha fəal iştirak edirlər. Gənclərimiz seçki günü öz birliklərini bir daha nümayiş etdirəcəklər. Azərbaycanın inkişafına səs vermək elə yeni töhfələrə gətirib çıxaracaq. Ağsu gəncliyi öz seçimini hələ neçə illər əvvəl edib. Biz 9 oktyabr 2013-cü ildə keçiriləcək növbəti seçkilərdə öz seçimimizi yenidən nümayiş etdirəcəyik. Mən inanıram ki, nəin ki, Ağsu gəncləri, bütün region gəncləri cənab Prezidentimizi dəstəkləyir. Bu da cənab İlham Əliyevin gənclərə olan qayğısından irəli gəlir.

Taleh Salehov,

YAP İsmayıllı Rayon Gənclər Birliyinin sədri:

- Artıq İsmayıllı rayonunda qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar tədbirlər qrafiki hazırlanmışdır. Bu qrafikə uyğun olaraq ciddi hazırlıq işləri gedir. İlk dəfə səs verəcək gənclər müəyyən edilib və yaxın günlərdə ilk dəfə səs verəcək gənclərlə görüşlər keçiriləcək. Bundan əlavə İsmayıllı rayonunun bütün ucqar kəndləri də əhatə olunmaqla görüşlər idman tədbirləri və konsert proqramlarının keçirilməsi nəzərdə tutulmuşdur. YAP fəallarından ibarət qruplar müəyyən edilmiş və seçki günü əhalinin seçkilərdə daha aktiv iştirak etməsi üçün fəaliyyət göstərəcəklər. İsmayıllı rayonu günü gündən gözəlləşir inkişaf edir yenidən qurulur. Bu onu deməyə əsas verir ki, bütün bu görülən işlər Cənab Prezidentimiz İlham Əliyevin siyasətinin nəticəsidir. Biz əminik ki, YAP əvvəlki illərdə olduğu kimi bu seçkilərdə də mütləq qələbə qazanacaqdır.

Telman İmanov,

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası YAP Gənclər Birliyinin sədr müavini:

- Prezident seçkilərinə gənclər çox yüksək səviyyədə hazırlaşır. Çünki bu gün Ölkə Başçısı gənclərə böyük diqqət, qayğı göstərir. Əminliklə deyə bilərik ki, gənclər cəmiyyətin ən dinamik və proqressiv gücü hesab olunur. Respublikamızda gənclərə xüsüsi diqqət və qayğı vardır. Gənc üçün uğurlu lider obrazı çox vacibdir o, hər zaman uğurun yanında olmaq istəyir, sözsüz ki, uğura istiqamətlənmək üçün uğurlu Liderimiz Cənab Prezident İlham Əliyevin ətrafında biz gənclər sıx birləşmişik. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.

Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının hər bir üzvü işlədiyi kollektivdə , eyni zamanda yaşadığı qəsəbədə, küçədə, ictimai yerlərldə İlham Əliyevin Prezdentliyə namizədliyini təbliği ilə məşğul olmalı, qarşıya çıxan hər bir neqativ hallara tutarlı faktlarla cavab verməlidir. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şərait yaradılmışdır. Məndə hər bir gənci, Azərbaycan vətəndaşını növbəti 5 ildə uğurlarımızın davamı, gələcəyimizin təminatçısı üçün Cənab Prenzidentimiz İlham Əliyevə səs vərməyə çağırıram.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə