İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib

İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunub. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınıb. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə