Prezident İlham Əliyev Biləsuvar rayouna səfərə gəlib

Prezident İlham Əliyev Biləsuvar rayouna səfərə gəlib

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülüb, 4 müasir fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi quraşdırılıb, Bayraq Kompleksi inşa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə