Prezident İlham Əliyev Salyan rayonunda səfərdədir

Prezident İlham Əliyev Salyan rayonunda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu Öndərin möhtəşəm abidəsi ucaldılıb. Abidə Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınıb, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, qranit və asfalt döşənib, su anbarı inşa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə