Bu il seçkidə 600 min gənc iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. O bildirib ki, əsas məqsəd bu sahədə gəncləri maarifləndirmək və onları məntəqələrə cəlb etməkdir: "Bu, bizim üçün çox vacibdir. Biz çalışmalıyıq ki, gənclərin seçkidə iştirak etməsi üçün, onları seçki məntəqələrinə cəb edək. Bununla əlaqədar regionlarda da iş aparılır".
Nazir həmçinin, seçkilərlə bağlı roliklərin hazırlandığını da vurğulayıb. O qeyd edib ki, sözügedən roliklər yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
Azərbaycanda gənclər mükafatının təsis olunması məsələsinə də toxunan nazir bunun çox sevindirici hal olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB