Aydın Hüseynov: “İbrahimbəyovun hazırladığı ssenari komik janra hesablanıb” AÇIQLAMA
"Hələ "Milli Şura" yaranarkən Azərbaycan cəmiyyəti ona birmənalı şəkildə öz qiymətini verib. Belə qənaətə gəlinib ki, artıq "Milli Şura" "ölü doğulmuş" bir qurumdur. Beləcə həmin qurumun tezlikə parçalanacağı və seçkilərədək iflasa uğrayacağı ilə bağlı fikirlər səsləndi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Milli Şura" daxilində baş verən proseslərə və qurumun London səfərinə münasibət bildirərkən deyib.
YAP Siyasi şurasının üzvünün sözlərinə görə, bu heç də təsadüfi deyil: "Çünki, "Milli Şura"da təmsil olunanlar Rüstəm İbrahimbəyov və onun ətrafında (AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər) olan simalar cəmiyyətə çoxdan bəllidirlər. Onların fəaliyyəti cəmiyyət üçün açıqdır. Həmin qurumda olan insanların hər biri tükənmiş siyasətçilərdir. Bu şəxslərin ölkədə heç bir sosial bazası və dayaqları mövcud deyil. Həmin insanlar İbrahimbəyovu irəli çəkməklə və onun adı altında pərdələnməklə gündəmdə qalıb, nəyəsə nail olmağa çalışırdılar. İbrahimbəyovun özü Azərbaycan cəmiyyəti üçün o qədər də tanınmayan şəxs deyildi".
Aydın Hüseynovun sözlərinə görə, İbrahimbəyovun Sovet dövründəki ideologiyaya xidmət edən bəzi kino və ssenariləri olub: "Ancaq onun hazırladığı bu dəfəki ssenari komik janra hesablanıb. Təbii ki, həmin komik janrın sonu faciə ilə nəticələndi. Bu insanlar hər zaman öz dayaqlarını kənarda axtarıblar. Həmin şəxslər konkret olaraq hələ də bir şeyi dərk etmirlər ki, Azərbaycanda gedən siyasi proseslərdən, inkişafdan onların xəbərləri yoxdur. Bu insanlar yalnız xarici havadarlarının sifarişlərini yerinə yetirməklə məşğuldurlar. İlk növbədə, Şimaldan və Qərbdən verilən sifarişlər özünü doğrultmadı. Beləcə, həmin insanlar son şansı qazanmaq üçün okenaın o tayına üz tuturlar. Onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri öz iradəsini ortaya qoyaraq, dəyərləndirir və həll edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB