Bu gün Azərbaycanın dilbər guşələrindən biri – Qubadlı rayonunun işğalından 20 il ötür. Məhz bu gün münasibətilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gəncləri Şəhidlər Xiyabanına gələrək Azərbaycan ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər, ruhlarına dualar oxuyublar.
Gənclər əbədi məşəl kompleksinin ətrafında həlqə quraraq şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himnini oxuyublar.
YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan deyib ki, gənclərin ziyarəti erməni işğalına, hələ də Azərbaycan torpaqlarının erməni tapdağı altında olmasına etiraz əlaməti olaraq və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB