Niyaməddin Orduxanlı: “Prezidentin xalq tərəfindən seçildiyini unutmaq lazım deyil”
"Cəmil Həsənlinin London səfəri heç nəyi dəyişməyəcək. Rüstəm İbrahimbəyov da namizəd olduğu dövrdə mətbuatda bu cür səfərlərlə bağlı açıqlamalar yayılırdı. Bu kimi səfərlər birbaşa ictimai fikrə hesablanıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Milli Şura" üzvlərinin Londona səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təbliğat məqsədi ilə bu cür səfərlər şişirdilir: "İnanmıram ki, Rusiyanın layihəsi olan "Milli Şura"ya Qərb dairələri hansısa bir ciddi dəstək versin. İlk gündən bu layihə həyata keçəndə Qərb səfirlikləri bütün baş verənləri yaxından izlədilər və onlar da yaxşı bilir ki, bu qurum nə üçün yaradılıb".
N.Orduxanlı vurğulayıb ki, Azərbaycan Respublikasının prezidentini xalqın seçdiyini unutmaq lazım deyil və belə görüşlərin heç bir mənası yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB