Avqustun 27-də Azərbaycan xarici işlər naziri (XİN) nazir Elmar Məmmədyarov İtaliya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ciampalo Kutillonu qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ciampalo Kutillonu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən nazir, yeni təyin olunmuş səfirin iki ölkə arasındakı bütün sahələrdə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Səfir Ciampalo Kutillonu ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edən səfir, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB