Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldi Jumabayev ilə görüşüb. SİA-nın xəbərinə görə, nazir ilk növbədə cənab Jumabayevə Azərbaycanda diplomatik fəaliyyətə başlanması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı nazir qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir, həmçinin, hər iki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında mövcud əməkdaşlıq əlaqələrindən razılığını ifadə edib.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB