Bahar Muradova: “Bu cür bəyanatlar müxalifəti gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil” AÇIQLAMA
" "Milli Şura" daxilində baş verən proseslər özü-özünü xarakterize etməkdədir. Ona görə də bu barədə hər hansı bir proqnoz vermək istəməzdim". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova "Milli Şura" daxilində gedən prosesləri (siyasi böhranı, parçalanmanı və s.) şərh edərkən deyib.
Sədr müavininin sözlərinə görə, bu qurum yarananda onun belə bir aqibət yaşayacağı məlum idi: "Bu qurumu yaradan insanlar əvvəlcədən dəfələrlə belə aqibəti yaşayan qurumların iştirakçıları olmalarına baxmayaraq, bu kimi "layihələrdə" iştirak etməklə özlərinin gündəmdə qalmalarına şərait yaradırlar. Hadisələrin gedişi də onu göstərdi ki, belə bir qurumun ictimai-siyasi proseslərə, o cümlədən prezident seçkilərinə münasibəti də vəziyyəti dəyişə biləcək hər hansı addım atacaqlarına ümid yoxdur. Bu gün "Milli Şura" acınacaqlı və biyabırçı bir durumdadır".
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin vahid namizədlik məsələsi ilə bağlı bəyanatına da toxunan Bahar Muradova deyib ki, Rəsul Quliyevin kim olduğunu Azərbaycan xalqı çox yaxşı bilir: "Eləcə də radikal düşərgənin üzvlərinə həmin insan çox yaxşı tanışdır. Ümumiyyətlə, nə məqsədləri, həyat yolu nə də ki, fəaliyyəti bir-biri ilə uzlaşmayan insanlar prezident seçkiləri zamanı bir araya gəlmək istəyir. Bu, onların növbəti cəhdləridir. Təbii ki, bu da alınan məsələ deyil. Bu cür bəyanatlar onların özlərini gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil. Azərbaycanın ictimai-siyasi prosesləri özü-öz axarı ilə davam edir. Bu prosesin əsas fiqurları, iştirakçıları isə bəllidir. Hesab edirəm ki, oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri çox yüksək əhval-ruhiyyədə baş tutacaq və Azərbaycan xalqı lazım bildiyi namizədinə öz səsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB