Millət vəkili Rauf Arifoğlunun gizli qalan sirlərini açdı AÇIQLAMA

Etibar Hüseynov: "Gəlmişdilər xaxol iyinə gördülər ki, ..."
Millət vəkili Rauf Arifoğlunun gizli qalan sirlərini açdı AÇIQLAMA

"Birləşmiş müxalifətin 18 avqust mitinqində bir çox populist və pafosla zəngin çıxışlar oldu. Amma onların içində ən səmimisi və yadda qalanı Mirmahmud bəyin "20 ildən sonra nəhayət ki, 20-ci sahəyə gəlib çatdıq" deməsi idi. Bu sözlər səmimiyyətlə yanaşı, həm də bir sonun, bir iflasın etirafı idi". Bunu SİA-ya millət vəkili Etibar Hüseynov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun gizli məqamları ilə bağlı məsələləri şərh edərkən deyib.

Parlament üzvünün sözlərinə görə, 20 ildir ki, bu insanlar meydan, mitinq deyirlər: "Əgər iyirmi ilə 20-ci sahəyə çata biliblərsə, yəqin ki, bir 20 ilə də azneftə, daha 40 ilə də 8-ci kilometrə çatarlar. Əslində, Rauf Arifoğlunun sözləri bu fikri işarə edirdi. 20 ildir ki, onlar söyləyirlər ki, əgər mitinqə icazə versələr milyonlar meydanlara çıxacaq, xalq kükrəyib coşacaq və s. Tez-tez və utanmazcasına da deyirlər ki, xalq aclıq və səfalət içində çabalayır, ona görə də ayağa qalxmaq üçün bir himə bələddir. Bax bu da son. "Milli Şura" iki həftə mitinqə hazırlıq etdi. Əllərində olan bütün qəzet və televiziyaları internet resurslarını səfərbər edib, xalqı meydanlara-etiraza səslədilər. Bu da nəticə. Bəlkə də iqtidarın siyasi texnoloqları uzun müddət çalışsaydı belə müxalifəti bu dərəcədə ifşa edib gözdən sala bilməzdi. Həm xalq, həm iqtidar, həm də beynəlxalq aləm azəri müxalifətin nə dərəcədə gücsüz, zəif və rəzil halda olduğuna şahid oldu. "Milli Şura"da 47 təşkilat birləşib. Ayrı vaxt isə onların hər biri guruldayır ki, bəs 10 min 50 min 100 min üzvümüz var. Amma bu 47 təşkilat nədənsə meydana heç 1000 nəfər çıxara bilmədi. Bunu özləri, eləcə də özlərinə qulluq edən mətbuat da etiraf etdi. İndi sual olunur. Bəs onlar - zülm və səfalət içində əzilən insanlar haradadır ? Onlar niyə meydana çıxmadılar ? Nəyə görə həmin insanlar bu hakimiyyətə qarşı çıxan adamların ətrafında toplaşıb onların çağırışlarına qoşulmadılar? Axı sosial şəbəkələrdə və internetdə, müxalifətin bütün mətbu resurslarında faktiki surətdə baş tutmamış sayılan bu mitinqin fəal təbliğat-təşviqatı gedirdi. Bəs nə oldu? Bakının ən azı iki milyon nəfər sakini var. Onlar müxalifətin demokratiya və insan haqları uğrundakı bu mübarizəsinə niyə məhəl qoymadı?"

"Təkrar edirəm, mitinqdəki adamlar, elə müxalifətin sosial bazasının özəyi idi - eyni simalar, eyni funksionerlər, eyni partiya fəalları... Şəhər sakinlərinin əsas hissəsi - iki milyona yaxın insan isə bu inqilabı heç vecinə də almadı. Camaat dükan-bazarı gəzir, çimərliklərdə istirahət edir, ağır iş həftəsindən sonra bağında, evində dincəlirdi. Bir çox adına lider deyilənlərin özləri belə mitinqə az adam toplaşma xəbərini eşidib mitinqə gəlməmişdi. Əvvəlki tədbirlərdən fərqli olaraq xarici səfirlik və ya təşkilatlardan da burada heç kəs gözə dəymədi. Əvəzində isə meydanda mitinqi bir lağlağı, əyləncə məkanına çevirən əhlikef dəstə var idi. Bu mitinqdən çox, zəif bir piketə uğursuz toplantıya bənzəyirdi. Bəlkə də ona görə də bir sıra radikal müxalifət qəzeti və saytları əsəblərini toparlaya bilməyib - adi bir sünnət toyuna bundan daha çox adam toplaşır deyə yazmaqdan çəkinmədi. Həqiqətən də bu üzdəniraq mitinqdə insandan çox bayraq gözə dəyirdi. Amma bu dəfə bayraqlar da köməyə yetişə bilmədi. Müxalif jurnalistlər hansı pozadan foto və videogörüntü almağa cəhd etsələr də, biyabırçı vəziyyəti malalaya bilmədilər. Beləcə, şuranı civalda gizlətmək mümkün olmadı. "Milli Şura" 20 ildən sonra elə 20-ci sahədəcə dəfn olunub fatihəsi verildi".

E.Hüseynov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə bağlı daha bir məqama diqqəti çəkib: "Bir sıra müxalif yazarlar hətta Rauf Arifoğlu bir detalı qeyd etdilər ki, mitinq başa çatmamış insanlar meydanı tərk edirdilər. Doğrudan da çox maraqlıdır. Görəsən nədən yayın bu istisində uzaq məsafə qət edib mitinqə gələn bu gənclər tədbir başa çatmamış oranı tərk etdilər. Nə Rauf Arifoğlu nə də digərləri bunun səbəbini bilərəkdən və ya bilməyərəkdən açıqlamağa cəhd etmədilər. Səbəbsə çox sadə idi. Belə ki, əvvəldə də qeyd etmişdim ki, təşkilatçılar mitinqə iştirakçı cəlb etmək üçün bütün yollara əl atdılar. Həttə bu yolda ən rəzil və biyabırçı variantlardan bəhrələnməkdən belə çəkinmədilər. Meydanda dırnaqarası yetərsayın olmamasından duyuq düşən təşkilat komitəsi belə bir yalan informasiyanı dövriyyəyə buraxdı ki, guya Ukraynadan femen qızlar da Bakıya mitinqə gəlib və onlar da meydanda soyunub etiraz edəcəklər. Bax meydanda olan azlığın da böyük əksəriyyəti məhz ora çılpaq qızlara baxmaq həvəsiylə gələnlər idi. Amma mitinqə "yolun düşsə Ukraynaya, tutub əlindən qızlar səni sahillərə seyrə aparar" beytini zümzümə edə-edə gələnlər burada tamam başqa mənzərə ilə qarşılaşmalı oldular. Belə ki, meydanda incəbelli, sarışın Ukraynalı gözəllərinin əvəzinə, yerdən iri ölçülü butulkalar toplayan alçaqboylu, iriqabaritli bir yöndəmsizlə rastlaşdılar. Bax elə ona görə də mitinqi təşkil edənləri də, onları aldadanları da söyüb oradan uzaqlaşdılar. Necə deyərlər, gəlmişdilər xaxol iyinə gördülər ki, ..."

Bütün xəbərlər Facebook səhifəmizdə