Cümşüd Nuriyev: "Növbəti həftə “Milli Şura”da tufan qopacaq"

Cümşüd Nuriyev: "Növbəti həftə “Milli Şura”da tufan qopacaq"

Politoloq Cümşüd Nuriyevin SƏS TV-yə müsahibəsi:

- Cümşüd müəllim, qarşıdan gələn seçkilərə partiyaların hazırlıq prosesi necə gedir?

- İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycanda seçki öncəsi sabit, demokratik mühid mövcuddur. Builki seçkilər Azərbaycanın müstəqillk dövründə keçirilən seçkilər arasında ən çox namizədli seçkilərdir. Mərkəzi Seçki Komisiyası artıq onlardan 14-nü qeydə alıb. Onların tərkibində ayrı-ayrı partiyaların nümayəndələri ilə yanaşı, eyni zamanda öz təşəbbüsü ilə seçkiyə qatılanlar var. Bütün bunların fonunda partiyaların seçkilərə hazırlıq prosesini müsbət dəyərləndirmək olar. Yeganə anlaşılmazlıq "Milli Şura" ya daxil olan partiyalar arasındadır. Sözügedən partiyalar arasında, ciddi qarşıdurmalar mövcuddur. "Milli Şura" nın tərkibində birlik yoxdur, onların bir –birilərinin mövqeyinə zidd hərəkət etmələri bunu daha aydın şəkildə sübut edir. "Milli Şura" vahid namizədlə çıxış etsə belə, onun uğur qazanması gözlənilən deyil. Müşahidələr zamanı bütün namizədlərə tam demokratik mühitdə eyni qaydada şərait yaradıldığının canlı şahidi oluruq.

- "Milli Şura" 18 avqustda mitinq keçirdi. Sizcə, insan sayının azlıq təşkil etdiyi mitinqə nəzərən demək olarmı ki, "Milli Şura" artıq iflasa uğrayıb.

- Mən deyərdim ki, onlar bu mitinqi keçirməsələr vəziyyətləri bundan daha yaxşı olardı. Çünki Azərbaycan cəmiyyətinin psixologiyasında belə bir fikir var ki, onlara qadağan olunan məsələ həmişə maraq doğurur. Müxalifət bu dəfə heç bir bəhanə edə bilmədi. Çünki, onlar mitinqə utanc doğuracaq qədər az insan toplamışdılar. Bu da onların mitinqdən sonra təşvişə düşməsinə zəmin yaradıb. Hətta onların daxilində kəskin şəkildə qarşıdurma var. Təsəvvür edin ki, onlar mitinqə 600-650 insanla qatılmışdılar. Onların əksəriyyəti də siravi vətəndaş deyil, jurnalistlər idi. Əgər bir şura guruldayırsa və guruldadıqdan sonra, ortada yağış yerinə tozanaq qopursa, deməli artıq bu iflasa uğramış bir təşkilatdır. Biz onsuzda bu təşkilatı əvvəldən ölü doğulmuş təşkilat kimi dəyərləndirirdik. Çünki bu qurumun tərkibində bir-birinə zidd olan insanlar var. Onlar vahid mövqeyə xidmət etmirlər. Onu deyim ki, "Milli Şura" da növbəti həftə tufan qopacaq. Siz bunu onların mətbuatda dərc etdikləri yazılarda da görəcəksiniz. Onlar bir-birilərinə qarşı ittihamlar səsləndirəcəklər.

- Bildiyiniz kimi, Eldar Namazov vahid namizəd olmağa iddialıdır. Sizcə, Əli Kərimli, İsa Qəmbər onun namizədliyini dəstəkləyəcəkmi?

- Mənim fikrimcə, Əli Kərimli dəstəkləyəcək, çünki o, İsa Qəmbərdən köhnə haqq-hesabının qisasını almaq istəyir. Onu da qeyd edim ki, Eldar Namazov Əli Kərimli kimi hiyləgər olmaqla yanaşı, həm də xəyanətkar bir siyasətçidir. Eldar Namazov üçün nə İsa Qəmbər, nə Əli Kərimli, nə də ki Rüstəm İbrahimbəyov faktoru yoxdur.

- Rəsul Quliyevin söylədiyinə görə, İsa Qəmbər demokratik qüvvələrə qarşı təxribat hazırlayır. Bununla bağlı nə deyə bilərsiniz?

- Rəsul Quliyevin belə bir faktı səsləndirməsi haqsızlıqdır. Çünki ən böyük təxribatla elə onun özü məşğuldur. Bizə yaxşı məlumdur ki, heç kəsi təsadüfü saxlamırlar. ABŞ son yüz ildə milli maraqlar deyilən bir konsepsiyanı irəli sürüb. O, bu maraqlarını həyata keçirmək üçün ayrı-ayrı dövlətlərdə olan insanlardan istifadə edir. Rəsul Quliyevin Amerikada olduğu tədqirdə müxalifətə ağalıq etməsi anlaşılandır. Çünki onun mövcud olduğu mühit bunu tələb edir. Onların hər biri Azərbaycanın rifahını istəməyən qüvvələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə