YAP gəncləri Qobustan Dövlət Tarix və Bədii Qoruğuna səfər ediblər

YAP gəncləri Qobustan Dövlət Tarix və Bədii Qoruğuna səfər ediblər

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Qobustan Dövlət Tarix və Bədii Qoruğuna səfər ediblər. SİA-nın xəbərinə görə, səfər çərçivəsində 60-dan çox gənc Azərbaycanın qədim tarixinə işiq salan Qobustan qayalıqlarını ziyarət ediblər. Onlar Qobustan Dövlət Tarix və Bədii Qoruğu və muzeyində qədim sənət nümunələri, Mezolit dövrünün yaşayış abidələri, mağaraları və bulaqları ilə tanış olublar.

Səfərin təşkili haqqında danışan YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan bildirdi ki, Qobustan Dövlət Tarix və Bədii Qoruğuna səfərin məqsədi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ətrafından cəmləşmiş gənclərin aktivliyinin daim motivasiyada saxlamaqdır: "Həmçinin də gənclərimizin bir çoxunun Qobustan Dövlət Tarix və Bədii Qoruğunu ziyarət etməmələrini nəzərə alaraq, onların belə tarixi yerə ziyarətində səbəbkar olduq. Bu səfərin təşkilində həm də bir sosial mesaj var. Mədəniyyət, memarlıq abidələrimizə, qoruqlarımıza gedən gənclərimiz sayı hədsiz azdır. YAP GB olaraq bu tədbirləri həyata keçirməklə gənclərin diqqətini belə tarixi yerlərə, mədəniyyət ocaqlarımıza, muzeylərimizə cəlb etmək istəyirik ki, onlar da tez-tez bu yerləri ziyarət etsinlər və öz tarixlərinə, köklərinə bağlı şəkildə tərbiyə olunsunlar. Bu səfərə qatılan 60-dan artıq gənc sosial şəbəkələrdə YAP-ın və Prezident İlham Əliyevin uğurla apardığı siyasəti işıqlandırırlar. Həmçinin gənclərimiz dövlət siyasətinin təbliğinə böyük dəstək verirlər. Bu dəstəyə görə partiyamızın hədiyyəsi olaraq belə bir ziyarət təşkil etdik.

Bütün xəbərlər Facebook səhifəmizdə