Radikal müxalifət belə metodlardan istifadə etməklə yalnız özünü gözdən salmış olur” Münasibət
"Radikal müxalifətin seçki qabağı hazırlıqsızlığı tamamilə üzə çıxıb. Onlar heç natamam seçki bloku belə yarada bilməyiblər. Hətta vahid namizəd məsələsini də sona qədər apara bilmədilər. Bir sözlə, onların Rüstəm İbrahimbəyov layihəsi iflasa uğradı. Onlar güman edirdilər ki, avqustun 18-də keçiriləcək mitinqə icazə verilməyəcək və bunu hakimiyyətə qarşı arqument kimi istifadə edəcəklər. Lakin onların bu istəyi baş tutmadı, mitinqi keçirməyə icazə verildi və heç bir problem yaradılmadı". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə "Milli Şura" təmsilçilərinin ABŞ səfirliyində avqustun 18-də keçiriləcək mitinqlə bağlı danışıqlar aparması məsələsinə münasibət bildirərkən deyib
"Hazırkı proseslərdə onların rolu və ya təsir gücü, istənilən yolla cəmiyyətin diqqətini özlərinə cəlb etməyə çalışmaları hədər yerədir. Onlar yaxşı bilirlər ki, seçkilərdə qalib gələ bilməyəcəklər və cəmiyyət onlara heç nə verməyəcək. Məlum oldu ki, onların mitinqə çıxacaq küçəsi belə yoxdur. Təsadüfi deyil ki, radikal müxalifətin liderləri "Facebook" səhifəsində cəmiyyətin bu və ya digər təbəqəsini mitinqə dəvət edirlər. Müxalifətin digər işi də xarici səfirliklərə müraciət edib onları Azərbaycanda demokratiyanın olmamasına inandırmaqdır. Ancaq bir faktı qeyd etmək lazımdır kİ, hətta ABŞ-ın Azərbaycandakı səfiri belə etiraf edir ki, bu kimi məsələlər dövlətin daxili işidir. Radikal müxalifət belə metodlardan istifadə etməklə yalnız özünü gözdən salmış olur",- deyə Aydın Mirzəzadə fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB