"Uğuruzluqla nəticələnəcək aksiyada dövləti günahlandırmaq istəyirlər" MÜNASİBƏT

"Uğuruzluqla nəticələnəcək aksiyada dövləti günahlandırmaq istəyirlər" MÜNASİBƏT

"Səfirliyə müraciət edən qurum növbəti dəfə uğuruzluqla nəticələnəcək aksiyanın günahkarı kimi dövləti işarə etmək fikrindədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə "Milli Şura" təmsilçilərinin ABŞ səfirliyində mitinq müzakirələri apardığına dair məsələyə münbasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi olaraq aksiyanın keçirilməsinə icazə verildiyi üçün, baş tutmayacaq aksiyanı öncədən sığortalamaq istəyən radikal müxalifət bu kimi addımlar atır: "Aksiya baş tutmasa, "Milli Şura" təmsilçiləri bunun da günahını dövlətdə görəcək. Hesab edirəm ki, rəsmi qaydada aksiyanın keçirilməsinə icazə verilibsə, Azərbaycanın təhlükəsizlik orqanları bu aksiyanın keçirilməsini təmin edəcək, normal qaydada, sərbəst şəkildə insanların toplaşaraq öz fikirlərini səsləndirməsinə şərait yaradılacaq. Fikrimcə, radikal müxalifətin məsələ ilə bağlı ABŞ diplomatlarına müraciəti lüzumsuz və ehtiyac duyulmayan hərəkətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə