Qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün avqustun 15-də daha 2 nəfər namizədliklərinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov keçirdiyi iclasda deyib.
Onun sözlərinə görə, sözügedən şəxslər İsmayıl Yusifov və Elşən Həsənovdur. M.Pənahov deyib ki, onlar öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər.
MSK sədri həmçinin qeyd edib ki, indiyədək 57 nəfər müşahidəçi MSK-da qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB