Sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ məsələsi də yer alıb

Sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ məsələsi də yer alıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qeyd olunub. SİA-nın məlumatına görə, sənədin 13-cü maddəsi bu münaqişəyə həsr olunub.

13-cü maddədə qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti regional sabitliyə və əməkdaşlığa zərbə vuran ən böyük problemdir. Tərəflər konfliktin sülh yolu ilə həllinə töhfə verəcək addımları dəstəkləyir, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasına tərəfdardırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə