Qırğızıstan prezidenti: "Türkdilli ölkələr iqtisadi inkişafın nümunəsinə çevrilir"
"Bugünkü mənzərə onu deməyə əsas verir ki, türkdilli ölkələr iqtisadi inkişafın nümunəsinə çevrilir". SİA-nın məlumatına görə, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.
A. Atambayev birgə layihələrin vacibliyini vurğulayaraq əlavə edib ki, bu, türkdilli ölkələrin gələcəyi üçün zəmin ola bilər: "Ümid edirəm ki, elə günlər gələcək ki, biz oturub tərcüməçilərsiz bir-birimizlə danışacağıq. Bizim bu gün yaratdığımız türkdilli ölkələrin birliyi gələcəkdə yaxşı nəticələr verəcək. Bu gün biz Türkiyə, Azərbaycan, Qazaxıstanın bütün dünyada iqtisadi inkişaf nümunəsi olmaları ilə fəxr edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB