Barak Obama şimal ölkələrinin hökumət başçıları ilə görüşəcək

Barak Obama şimal ölkələrinin hökumət başçıları ilə görüşəcək

ABŞ prezidenti Barak Obamanın sentyabrın 4-də şimal ölkələrinin hökumət başçıları ilə Stokholmda görüşü keçiriləcək. SIA-nın verdiyi xəbərə görə, bu barədə İsveçin baş naziri Y.Fredrik Raynfeldt məlumat verib.

Görüşdə İsveç, Norveç, Danimarka və İslandiya ölkələrini hökumət rəhbərləri, Finlandiyanı isə dövlət başçısı təmsil edəcək.

Avqustun 30-da isə B.Obama Ağ Evdə Latviya, Litva və Estoniya prezidentlərini qəbul edəcək. Görüşdə hansı məsələlərin müzakirə olunacağı barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə