Palitoloq Cümşüd Nuriyevin SƏS TV-yə müsahibəsi
Cümşüd müəllim, son zamanlar xarici ölkələrin dövlət başcılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Sizcə, bunu nə ilə əlaqələndirmək olar?
Mən ilk növbədə bunu Azərbaycanın strateji mövqeyi ilə əlaqələndirərdim. Digər bir tərəfdən.mənim fikrimcə, bu Azərbaycanın irəli sürdüyü xarici siyasət və Qafqazda açar dövlət statusunu ələ keçirməsi ilə bağlıdır. Bilirsiniz ki, İtaliyanın baş nazirinin ölkəmizə səfərindən sonra Rusiyanın prezidenti ölkəmizə təşrif buyurdu. Hal-hazırda isə Türkiyənin prezidenti ölkəmizdədir. Sabah Qırğızıstan və Qazağıstanın prezidentlərinin səfəri gözlənilir.Onların gəlişi təbii ki, dörd türk dövlətinin birlikdə yaradacaqları ittifaqla bağlıdır. Bu İttifaqın toplantısı Qəbələdə baş tutacaq. Onu da xüsusi qeyd etmək istərdim ki, dünya dövlətlərinin Azərbaycana marağı təkcə Qafqaz regionu ilə deyil, eyni zamanda Avropada mövcud olan enerji təhlükəsizliyi ilə bağlıdır.
Bildiyiniz kimi, eyni zamanda Azərbaycanda yaxın zamanlarda prezident seçkiləri olacaq. Bununla bağlı olaraq, prezidentimizin siyasətini dəstəkləyən, onun yenidən ölkə başcısı seçilməsini arzu edən dövlətlərin prezidentləri öz fikirlərini bildirmək üçün buradadırlar. Belə bir prosesin baş verməsi Azərbaycanda ilk deyil, bu artıq dünyada qəbul olunmuş bir qaydadır. Mən ölkə prezidentlərinin gəlişini normal qəbul edirəm.
Ölkə prezidentlərinin Azərbaycana səfərlərini prezident seçkiləri ilə birbaşa əlaqələndirmək olarmı?
Xeyr, mən qətiyyən bunu birbaşa əlaqələndirməzdim. Məsələn,gəlin Putinin səfərini siyasi müstəvidə araşdıraq. Bildiyimiz kimi, Putin 2006-cı ildən indiyə qədər Azərbaycana səfər etməyib. Son illər ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bağlı siyasi addımlar atır. Beləliklə, bu addımları qəbul edə bilməyən Rusiya Azərbaycana qarşı başqa mövqedən çıxış edirdi. Buna sübut olaraq, Rusiya ərazisində yaşayan miqrantların sıxışdırılmasını, onların mətbuatında Azərbaycanla bağlı xoşagəlməz yazıların dərc olunmasını, Milyarderlər deyilən İttifaqın sözügedən ölkədə fəaliyyətə başlamasını misal göstərmək olar. Mən deyərdim ki, "Milli Şura"-nın özü də Rusiyanın lahiyəsi idi. Onu Azərbaycanda actual edən, gündəmə gətirəndə məhz Rusiya idi. Bu tip hərəkətləri nümayiş etdirməklə o, Azərbaycan prezidentinə təzyiqlər göstərmək istəyirdi. Lakin Rusiyada da kifayət qədər analtik insanlar, politoloqlar var. Onların gəldiyi qənaətə əsasən məlum oldu ki, Azərbaycanla belə bir tonda danışmaq Rusiya siyasətinə zidd olacaq, o bundan heç bir xeyir əldə etməyəcək. Azərbaycan prezidentinin ölkə maraqlarını hərşeydən üstün tutması onları qıcıqlandırırdı. Məhz, bu kimi qıcıqları aradan qaldırmaqdan ötrü Putin, Bakıya səfər etdi. Bu səfər nəticəsində iki ölkə arasında əlaqələr normal vəziyyətə düşdü. İlk növbədə Azərbaycanın dövlət neft şirkəti ilə Rus neft arasında müqavilə imzalandı. Digər tərəfdən birgə addım atmaq üçün, Azərbaycanın Fövqalada hallar Nazirliyi ilə Rusiyanın müvafiq qurumu arasında saziş imzalandı. Bağlanan müqavilə və sazişlər bununla kifayətlənməyərək, çoxşaxəli xarakter aldı.. Humanitar, nəqliyyat və.s kimi sahələrdə də razılıq əldə edildi. Cənab president çıxışı zamanı Dağlıq Qarabağla bağlı məsələyə də toxunaraq, öz mövqeyini ortaya qoydu. O, ATƏT-in həçsədri kimi Rusiyanın üzərinə düşdüyü görülməsi zəruri olan işləri yerinə yetirmədiyini bildirdi.
Bir məsələnidə xüsusi qey etmək istəyirəm ki, Putinin Azərbaycana səfərindən öncə belə bir şaiyələr dolaşırdı ki, onun ölkəmizən gəlişindən sonra "Milli Şura"-nın sədri buaray gələcək. Lakin göründüyü kimi bu əsassız fikirlər özünü doğrultmadı. Artıq çura sədrinin Azərbaycana gəlməyi məsələsidə gündəmdən çıxdı. Çünki məhz, Milli Şura Azərbaycanı sıxışdıemaq üçün Rusiyanın öz lahiyəsi idi.
Rusiya üçün bu səfər önəm daşıdığı kimi eyni zamanda, Azərbaycan üçün də zəruri idi. Çünki Rusiyada çoxsaylı Azərbaycanlı imiqrantlar yaşayır. Onların taleyi ölkəmiz üçün vacibdir. Digər bir tərəfdən Ermənistanda Putinin gəlişindən təşviş keçirir. Dünəndən başlayaraq, sözügedən ölkənin palitoloqları məsələyə özlərinin düçündükləri tərzdə münasibət bildirirlər. Onlar Rusiya prezidentinin Azərbaycana satıldığını deyirlər. Hətta, prezidentimizi ittiham edərək deyirlər ki, İlham Əliyev Putunu ələ ala bildi. Onlar bu kimi fikirlər səsləndirməkləetiraf edirlər ki,Azərbaycan və Azərbaycan prezidenti güclüdür.
Sizin də qey etdiyiniz kimi, Vladimir Putinin Azərbaycana gəlişi Ermənistanı qıcıqlandırdı. Onların bu kimi mövqedən çıxış etməsi sizcə, nə ilə əlaqədardır?
İlk növbədə Ermənistan artıq dərk edib ki, hal-hazırda Ermənistanda hakimiyyətdə olan iqtidar ölkənin inkişafı ilə bağlı heç bir tədbir görmür. Onlar sadəcə öz ailələrini və şəxsi büdcələrini düşünürlər. Digər bir tərəfdən onların yürütdükləri siyasətin ən qorxulu mərhələsi başlayıb. Beləki , Sərksyan Avropa Şurasına müraciət edib, oraya üzv olmaq istəyir. Ermənilər 5 il bundan öncə Gürcütanın belə bir addım atdığının şahidi olaraq, onun heç bir irəlləyiş əldə etmədiyinin , tam əksinə olaraq, ərazisinin parçalandığının şahidi oldu. Onlar da yaxşı bilir ki, Ermənistanı da Gürcüstanın yaşadığı eyni tale gözləyir. Məsələ ilə bağlı Ermənistanın 4 ən güclü politoloqu xalqa müraciət edib. Onlardan Azərbaycana ən radikal mövqe bəsləyənlərdən biri də bildiyiniz kimi Şahnazaryandı. O da digərləri kimi Azərbaycanın güclü siyasətə malik olduğunu etiraf edir. Proseslər onu göstərir ki, Ermənistan yaxın zamanlarda Azərbaycana özü müraciət edəcək. Çünki indiki vəziyyətdə Azərbaycan Ermənistanı tamami ilə blokadaya alıb. Eyni zamanda İranda da Ermənistan qarşı münasibət dəyişib. Çünki Ruhani anti-Ermənistan mövqeyində olan bir insandır. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan artıq Ermənistanı öz daxilindən parçalamağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB