Hadi Rəcəbli: "Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır" MÖVQE
Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri artıq başa çatıb. Səfərin həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığı barədə geniş şərhlər verilir, dünya mətbuatı bu barədə yazır. SİA-ya açıqlamasında Milli Məclisin Komitə sədri, millət vəkili Hadi Rəcəbli də V.Putinin Azərbaycana səfərini zamanında atılmış çox mühüm addım kimi dəyərləndirib.
H.Rəcəbli bildirib ki, səfər zamanı imzalanan sənədlər əhatə dairəsi baxımından iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacaq: "Xüsusən Putinin səfəri ikitərəfli əlaqələri gücləndirməyə şərait yaradacaq. Azərbaycan Rusiya üçün çox ciddi bir tərəfdaş, eyni zamanda maraq doğuran bir ölkədir. İki dövlət arasında əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və yüksək səviyyəyə çatdırılması əlbəttə ki, Ermənistanda böyük qıcıq doğurur. Ancaq birmənalı şəkildə demək olar ki, Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır".
Millət vəkili bu səfərin siyasi əhəmiyyətindən də danışıb: "Bu səfər hakimiyyətə seçkidən kənar, qeyri-qanuni yollarla gəlmək istəyən, daha çox özlərini "Rusiyanın adamı" kimi təqdim etməyə çalışan qüvvələrə tərs sillə effekti yaşatdı. Əslində bu səfər seçkilərdən sonra da baş tuta bilərdi. Düşünürəm ki, Putin bu səfəri ilə cənab prezident İlham Əliyevi bir daha dəstəklədiyini isbat etdi və həmin qüvvələrə öz yerini göstərdi. Beləliklə, illərdir özlərini liberal ideologiya sahibi kimi aparanlara bir daha öz mesajını vermiş oldu. Ümüd edirəm ki, iki dövlət arasında münasibət yeni müstəvidə irəlləyəcək, inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB