YAP Xətai rayon təşkilatında imzatoplama kampaniyası mütəşəkkilliklə davam edir FOTOLAR
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının hər bir üzvü imzatoplama kampaniyasına mütəşəkkilliklə başlayaraq insanlarla ətraflı söhbətlər edir, seçkilərin ölkənin siyasi həyatındakı rolu və əhəmiyyəti ilə bağlı izahat işləri aparırlar. Seçki Məcəlləsində nəzərdə tutulan maddəyə əsasən başlanan imzatoplama kampaniyasının əhəmiyyətini aydın dərk edən rayon sakinləri yaxşı bilirlər ki, Azərbaycanın gələcəyi bu gün vətəndaşlıq məsuliyyətini dərindən dərk edən hər bir insanın düzgün seçimindən asılıdır.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri kampaniyası çərçivəsində uğurlu fəaliyyət göstərməkdədir. "Qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri də YAP üçün böyük önəm kəsb edir. Xatırladaq ki, yarandığı vaxtdan partiyamız bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır".
H.Mirələmov onu da qeyd edib ki, YAP Xətai rayon təşkilatında Yeni Azərbaycan Partiyasının namizədinin təsdiqlənməsi üçün 1500 imza toplanacaq. "İnanıram ki, bu prosesi tezliklə yekunlaşdıracağıq. Çünki imza toplayacaq şəxslərə müvafiq təlimatlar verilib və onların əksəriyyəti bu işdə təcrübəlidirlər. Bu işlərdə partiyanın 144 ərazi ilk partiya təşkilatında birləşən 20 minə yaxın üzvü YAP-ın namizədinin dəstəklənməsi prosesində xüsusi fəallıq göstərir".
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 33 saylı birinci, 34 saylı ikinci, 35 saylı üçüncü, 36 saylı dördüncü Xətai seçki dairələri üzrə ümumilikdə 166 min seçici var. Bu seçicilərin 1500-nün imzasını toplamaq qısa müddətdə başa çatacaq. Qeyd edək ki, avqustun 13-dən etibarən YAP rayon və şəhər təşkilatlarında müəyyənləşdirilmiş qaydada partiya fəalları imzatoplama prosesinə başlayıblar. İmza toplamaq üçün 30 vərəqə paylanılıb.
Kampaniyada seçicilər imzatoplama kampaniyasına məsuliyyətlə yanaşır, etimad göstərdiyi namizədə inamını imzasıyla təsdiq edirlər.
Könül Əfəndiyeva - 35 saylı Xətai üçüncü seçki dairəsindən gənc seçici
- Mən rayondakı 35 saylı DSK-da səs verəcəyəm. Bütün siyasi kampaniyalarda seçici hüququmdan istifadə edərək daha çox inandığım namizədə etimad göstərmişəm. Mənim kimi bütün ailə üzvlərimin də dövlət başçısı, YAP -ın namizədi İlham Əliyevə inamı böyükdür. Çünki həm dövlət başçısı, həm də qüdrətli bir təşkilatın sədri kimi cənab İlham Əliyevin gördüyü işlər, apardığı siyasət göz qabağındadır. Bizim bir arzumuz var: Azərbaycanın bu gününü dünənindən daha möhtəşəm gördüyümüz kimi respublikanın gələcəyinin də bu günündən qüdrətli olmasını arzulayırıq. Belə möhtəşəm vəzifələri isə yalnız yüksək intellektə, siyasi hazırlığa, dünya siyasətçiləri arasında liderlik səviyyəsinə yüksələn lider yerinə yetirə bilər.
Salam İsayev - 36 saylı Xətai IV seçki dairəsinin seçicisi, "Tağıyev adına toxuculuq, tikiş sənayesi" QSC ərazisində yaşayış sahəsinin ağsaqqallar şurasının sədri
Hər bir vətəndaş aydın başa düşür ki, artıq dünyada böyük nüfuz qazanan Azərbaycanın uğurlarına kəmiyyət və keyfiyyətcə daha möhtəşəm qələbələr qazandırmaq üçün prezident səlahiyyətinə malik olan siyasi xadim ilk növbədə zəngin dövlətçilik təcrübəsinə malik olmalı, xalqını, Vətənini sevməli, insanların daha xoş güzəranı üçün uzaqgörən siyasəti ilə daha möhtəşəm islahatlar müəyyənləşdirməlidir. Bu keyfiyyətləri özündə birləşdirən namizədə imzamla etimad göstərirəm.
İmzasıyla seçdiyi namizədinə münasibətini bildirən seçicilərin əksəriyyəti "Biz cənab İlham Əliyevə etimad göstərməklə Azərbaycanın müstəqilliynin əbədiliyinə, daha uğurlu gələcəyini görürük" deməklə seçimlərini müəyyənləşdirdiklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB