YAP-ın şəhər rayon təşkilatları imzatoplama kampaniyasını uğurla həyata keçirirlər FOTOLAR
Yeni Azərbaycan Partiyasının V qurultayında YAP-ın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin rəsmi olaraq irəli sürülməsi ictimaiyyət tərəfindən böyük rüh yüksəkliyi ilə qarşılandı. Artıq dövlət başçısı, YAP-ın sədri İlham Əliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Avqustun 13-dən etibarən isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyinə müvafiq olaraq tələb olunan imza toplanması kampaniyasına başlanılıb. Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün siyasi kampaniyalarda olduğu kimi bu mərhələdə də fəallıq göstərir.
21 illik fəaliyyəti dövründə yaradıcısı ümummilli lider Heydər Əliyevin yolu ilə gedən, ulu öndərin siyasi kursuna sadiq qalan Yeni Azərbaycan Partiyası mütəşəkkil siyasi qüvvə kimi tək ölkəmizdə deyil, respublikanın hüdudlarından kənarlarda belə nüfuzlu təşkilat kimi tanınır və beynəlxalq əməkdaşlıq münasibətlərini geniləndirir.
İqtisadi qüdrəti ilə dünyada böyük nüfuz qazanan Azərbaycanın vahid siyasi qüvvəsi kimi respublikada aparılan genişmiqyaslı yenidənqurma işlərinin avanqardı olan Yeni Azərbaycan Partiyasına ümumxalq məhəbbəti və etiramı imzatoplama kampaniyasında bir daha hiss olundu. Qarşıdan gələn prezident seçkilərində ən layiqli namizədə səs verəcəklərini bildirən seçicilər ilk növbədə Azərbaycanda sürətlə davam edən dinamik inkişafı, mövcud iqtidarın siyasətini dəstəkləyəcəklərini bildirdilər.
Yasamal rayon sakinləri imzatoplama kampaniyasında fəallıq göstərirlər
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəalları imzatoplama kampaniyasını davam etdirirlər. Bütün siyasi kampaniyalarda fəallıq göstərən rayon sakinləri imzatoplma kampaniyasında da mütəşəkkillik göstərirlər. Seçici hüququndan istifadə edən insanlar bir daha bildirirlər ki, YAP fəaliyyəti ilə milyonların rəğbətini qazanan vahid siyasi təşkilatdır. Buna görə də imzası ilə seçimini təsdiqləyən insanlar tərəddüd etmədən YAP-ın namizədinə üstünlük verdiklərini bildirirlər.
Eyyub Mustafayev - Yasamal rayon 17-ci DSK ərazisində yaşayan seçici
- Bir vətəndaş, seçici kimi mən Azərbaycanın daha qüdrətli olmasını istəyirəm. Hər gün müşahidə etdiyimiz iqtisadi inkişafın, quruculuq və abadlığın daha geniş miqyasda tətbiqini istəyən hər bir insan təbii ki, bu təmələ əsaslanan davamlı inkişafa səs verəcək. Partiyanın yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən YAP Sədri Prezident İlham Əliyevin dəfələrlə "İlin adımı", "İlin siyasətçisi" adına layiq görülməsi elə partiyanın da uğuru deməkdir. Azərbaycanın müstəqilliyinin qorunmasında əvəzedilməz xidmətləri olan Yeni Azərbaycan Partiyasını dəstəkləməklə vətəndaşlıq borcumu yerinə yetirmiş olacağam.
Məqsəd və məramı bəlli olan, əqidəsinə sadiq insanların birləşdiyi Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyini bildirən , rayondakı 15 saylı DSK-da səs verəcək Kəmalə Məmmədova da ailəliklə Prezident İlham Əliyevə etimad göstərəcəklərini söylədi. İnanırıq ki, hamişə verdiyi vədləri əməli işi ilə doğruldan Prezident İlham Əliyevə ümumxalq dəstəyi və etimadı əvvəlki illərdən də artıq olacaq.
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Nizami rayonu üzrə seçki qərargahı imzatoplama kampaniyasını başa çatdırıb.
Rayon üzrə seçki qərargahının fəalları Nizami rayonu 24 saylı I, 25 saylı II və 18 saylı Nərimanov-Nizami Seçki Dairələri üzrə yaşayan sakinlər arasında imzatoplama kampaniyasında fəallıq göstəriblər. Fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, vətəndaş isə imzası ilə müəyyənləşdirdiyi namizdə münasibətini bildirib.
İqtidar partiyasının Nizami rayon təşkilatı böyük ərazini əhatə etsə də imzatoplama kampaniyasını nəzərdə tutulan vaxtda başa çatdırmaq üçün fəalların qüvvəsindən səmərəli istifadə edərək kampaniyanı başa vurub. Rayon sakinləri ilə keçirilən görüşlərdə böyük ruh yüksəkliyi hiss olunur, insanlar seçkilərə elliklə gedəcəklərini bildirirlər. Yekdil rəyə əsasən hamı qarşıdakı beş ildə prezident kürsüsündə cənab İlham Əliyevi görmək arzusunda olduqlarını bildirərərək istəklərini imzaları ilə təsdiq etdilər.
Könüllük şəraitində davam edən imzatoplama kampaniyasında vətəndaşlar seçimlərinin dəyişilməz olduğunu bildirməklə qeyd etdilər ki, ölkə həyatında mühüm mərhələ olan prezident seçkiləri hər bir vətəndaşın, onların övladlarının xoşbəxt gələcəyi üçün böyük əhəmiyyət daşıdığından imazatoplama mərhələsindən başlayaraq bütün proseslərə vətəndaş məsuliyyəti ilə yanaşır, düzgün seçim edir, ən layiqli namizədə etimad göstərirlər.
Cəmilə Hadıyeva - Bəhruz Nuriyev küçəsinin sakini
- Mən reallıq tərəfdarı olduğum üçün müşahidə etdiyim həqiqətə səs verəcəyəm. Bu gün imzamla bir daha inamımı təsdiqləyir və cənab İlham Əliyevə etimad göstərirəm. Bir dövlət başçısı kimi xalqının gələcəyi üçün var qüvvəsini əsirgəməyən cənab İlham Əliyev bu etimada tam layiqdir və buna haqqı vardır. Ötən səlahiyyət müddətlərində hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu təsdiqləyən Prezident İlham Əliyev qarşıdakı beş ildə də dövlət başçısı adını daşımağa layiqdir. İnsanların imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirakı da bu həqiqəti təsdiqləyir.
Xuraman İsmayılqızı
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB