Mübariz Göyüşlü: "QHT-lərin qeyri-şəffaf fəaliyyəti yolverilməzdir"
Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlünün Səs TV-yə müsahibəsi:
Bəzi vətəndaş cəmiyyəti institutlarının daha çox siyasi proseslərə qarışması və bəzi siyasi partiyaların maraqlarından çıxış edərək hökumətə qarşı çıxması QHT haqqında qanunun tələblərinə nə dərəcəsə uyğundur?
- Qanunvericilikdə qeyd olunduğu kimi QHT-lərin, ictimai birliklərin, fondların, xeyriyyə cəmiyyətlərinin siyasi fəaliyyətlə məşğul olması qadağandır. Prezident seçkilərinə, həmçinin parlament və bələdiyyə seçkilərinə onların bu və ya digər formada müdaxilə etmələri qanunsuzdur. Ola bilsin ki, bəzi QHT-lərin nizamnamələrində onlar tərəfindən seçkilərin monitorinqinin həyata keçirilməsi məsələsi qeyd olunub. Bu fəaliyyət isə yalnız və yalnız monitorinqi aparıb, doğru nəticəni açıqlamaqdan ibarətdir. Digər məqamlarda isə QHT-lərin seçkilərə müdaxiləsi yolverilməzdir. Bu QHT fəlsəfəsinə də ziddir. Çünki QHT-lərin, ictimai birliklərin, fondların, xeyriyyə cəmiyyətlərinin fəaliyyəti ictimai fəaliyyətin könüllüləri öz ətrafında birləşdirərək cəmiyyətin bu və ya digər formada mövcud olan problemlərinin həllinə töhfə verməkdən ibarətdir. Siyasi fəaliyyətlə bağlı məsələlərə gəldikdə isə məlumdur ki, siyasi partiyalarla bağlı qanunlar var. Bu qanunların tələblərinə uyğun olaraq hər bir kəs hansısa bir partiyaya üzv ola, siyasi partiya yarada və bu sahədə fəaliyyət göstərə bilər. Yaxşı olar ki, QHT kimi çalışanlar sırf bu sahənin qanunları üzrə fəaliyyət göstərsin. Əgər hər hansı şəxs siyasi fəaliyyət göstərmək istəyirsə bunu könüllü olaraq açıq bir şəkildə həyata keçirməli, siyasətçi kimi fəaliyyətə başlasmalıdır. Hesab edirəm ki, QHT adı altında və gizli bir şəkildə siyasi fəaliyyətlə məşğul olmaq yanlışdır və mən bu fəaliyyəti qınayıram. Bəzi QHT-lərin bu kimi "fəaliyyəti" QHT qanunvericiliyinə uyğun fəaliyyət göstərən digər təşkilatların fəaliyyətini şübhə altında qoyur, onlar haqqında cəmiyyətdə yanlış rəyin formalaşmasına səbəb olur.
- Məlumdur ki, Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər ərəfəsində bəzi müxalifət partiyaları ilə yanaşı, siyasiləşmış QHT-lər də fəallıq göstərirlər. Həmin QHT-lərin arxasında hansısa xarici qüvvələrin dayandığını ehtimal etmək olarmı?
- Təbii ki, hansısa bir siyasi hadisələr törətmək QHT-lərin imkanları xaricindədir. Əgər bu QHT-lərin xaricdən maliyyə yardımı almaq imkanı olmazsa və kimlərsə onlara havadarlıq etməzsə bu kimi təşkilatlara Azərbaycanın daxilində dayaq olacaq kimsə yoxdur. Mən onların xaricdən qarantlar alaraq fəaliyyət göstərməklərini müsbət qiymətləndirirəm. Lakin qrantı alaraq onun mənbəyini və istifadə olunma istiqamətini açıqlamadan QHT-nin qeyri-şəffaf şəkildə fəaliyyət göstərməsi yolverilməzdir və bizim tənqid hədəfimiz də məhz budur. Azərbaycanda kifayət qədər QHT var. Hətta ölkəmizdə dövlət qeydiyyatında olmayan QTH-lər belə fəaliyyət göstərə bilirlər. Halbuki, qanunvericilikdə QHT-nin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi qadağandır. Bütün bunlara baxmayaraq Azərbaycanın dövlət qurumları və strukturları bu kimi fəaliyyət göstərən QHT-lərə tolerant yanaşır. QHT-lər qanunvericiliyin tələblərini pozduqları halda ölkənin hüquq-mühafizə orqanlarının bu fəaliyyəti dayandırmağa çalışması sözügedən təşkilatlarda narazılıqla qarşılanır. Onlar məsələ ilə əlaqədar tam məlumat vermədən dünya mətbuatına, xarici ölkələrin hüquq-mühafizə orqanlarına məlumatlar göndərirlər ki, ölkədə onlara qarşı təzyiqlər var. Bunun nəticəsində Azərbaycan qınaq hədəfinə çevrilir. Prezident seçkiləri ərəfəsində isə bu kimi məsələlərin aktual olması təbiidir. Bildiyiniz kimi hər seçki ilində ictimai-siyasi mühitdə fəallaşma müşahidə olunur. Bu kimi QHT-lərin də məhz xaricdən dəstək alaraq planlaşdırılmış hadisələri həyata keçirmək cəhdləri gözlənilən idi. Lakin Azərbaycanda artıq bir neçə dəfə seçkilər keçirilib, xalq bu dövrü "alnıaçıq" şəkildə başa vurub. Hesab edirəm ki, bu il də seçkilər Azərbaycanda tam şəffaflıqla keçiriləcək, xalq öz layiqli namizədini dəstəkləyəcək və növbəti 5 ildə də seçilən şəxs siyasi fəaliyyətinə davam edəcək.
- Leyla Yunus, Arif Yunus, Səidə Qocamanlı və bu kimi bəzi hüquq müdafiəçiləri Azərbaycan haqqında xarici ölkələrdə mənfi rəy formalaşdırmaq üçün həqiqətə uyğun olmayan siyahılar hazırlayır və bunu beynəlxalq təşkilatlara təqdim edirlər. Lakin təəssüflər olsun ki, bəzən bu təşkilatlar da onların göndərdikləri uydurma hesabatları qəbul edilər. Buna münasibətiniz.
- Bu məsələyə münasibətin çox mənfidir. Hesab edirəm ki, öz xalqını, dövlətini sevən şəxslər və onların rəhbərlik etdikləri təşkilatlar bu cür siyahılar hazırlamamalıdırlar. Əgər bu təşkilatların qarşılaşdığı hansısa problemlər varsa, onlar Azərbaycandakı müvafiq strukturlara müraciət edərək bunu həll edə bilərlər. Bu məsələlərdə siyahı hazırlayaraq xaricə göndərməkdə isə onların birinci marağı alacaqları qrantlardır. Xarici dövlət və təşkilatların Azərbaycanla bağlı maraqları ödənilmirsə təbii ki, onlar ölkəmizə təsir etmək üçün bu kimi insanlardan istifadə etməklə qrantlar hesabına alınmış yanlış məlumatları dəyərləndirməyə çalışırlar. Məlumdur ki, Azərbaycanda artıq uzun müddətdir "siyasi məhbus" anlayışı adı altında Avropa Şurası Parlament Assableyasına siyahılar göndərilir. Halbuki, Avropada "siyasi məhbus" termini beləmüəyyən olunmamışdı. Bu cür qarışıq bir məqamda isə maraqları qrant olan adı çəkilən şəxslər siyahıları göndərməkdə davam edirlər. Mən bu şəxslərə, onların təşkilatlarına və onlara yardım edən xarici havadarlarına demək istəyirəm ki, onlar bu davranışları ilə nə Azərbaycan dövlətini öz yolundan çəkindirə bilər, nə də Azərbaycanın aktiv fəaliyyət göstərən vətənpərvər QHT-lərinin fəaliyyətinə kölgə sala bilərlər.
Onu da qeyd edim ki, artıq bu "fəaliyyətlər" getdikcə zəifləyir. Əsas məqam isə bu prosesin Azərbaycanın daxili donor institutu yaratdıqdan sonra başlamasıdır. Belə ki, çoxsaylı aktiv fəaliyyət göstərən QHT-lər Prezident yanında QHT-lərə Dövlər Dəstəyi Şurasından maliyyə yardımı almaqla layihələr icra etməyə başladılar. Həmçinin prezidentin sərəncamı ilə QHT Şurasının büdcəsi artırıldı. Bununla da, QHT-lərin xaricdən asılılığı azalmağa başladı. Zaman keçdikcə adıçəkilən şəxslər xaricdən dəstək gömədikcə tarixin arxivində yer alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB