Putin Azərbaycanda rus dilinə göstərilən diqqətdən razı qalıb

Putin Azərbaycanda rus dilinə göstərilən diqqətdən razı qalıb

"Azərbaycanda rus dilinin qorunması və tədrisinə diqqətlə yanaşılır və bu, ikitərəfli əməkdaşlığın digər bütün sahələri üzrə işin əsasını təşkil edir. Azərbaycanda rus dilinin inkişafına, rusca təhsilin saxlanmasına və bu sahədə birgə işə çox böyük diqqət yetirilir, məktəblərdə rus dili tədris olunur, Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir". SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

V. Putin aparıcı nazirliklər və dövlət idarələrinin rəhbərlərinin daxil olduğu Rusiya nümayəndə heyətinin tərkibinə də diqqət çəkib: "Bu gün biz belə geniş tərkibdə fikir mübadiləsi aparırıq ki, əməkdaşlığımızı intensivləşdirmək üçün nələr etməliyik. Əminəm ki, bu, perspektivə hesablanmış faydalı iş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə