İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri çox dinamik, pozitiv və uğurla inkişaf etməkdədir”
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls vermiş olacaq". SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti ilə təkbətək görüşdə deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər çox dinamik, pozitiv və uğurlu inkişaf etməkdədir: "Bu münasibətlər çox sahələri əhatə edir və bu gün ikitərəfli münasibətləri, həmçinin regional məsələləri müzakirə etmək imkanımız olacaq. İqtisadiyyat sahəsində hətta gözlədiyimizdən də gözəl nəticələr var, humanitar sahədə ənənəvi nəticələr və perspektivlər var. Başqa sözlə desək, münasibətlər uğurla inkişaf edir, sizin səfəriniz münasibətlərimizin inkişafında xüsusi yerə malik olacaq. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında pozitiv dinamika davam edəcək".
Vladimir Putin öz növbəsində humanitar sahənin inkişafına yönəlmiş təşəbbüslərə toxunub: "Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər mənimlə gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB