Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verildi
Prezident İlham Əliyev A.S.Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında srəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Adış Sakit oğlu Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi qərara alınsın.
Dövlət başçısının digər sərəncamı ilə Adış Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB