İlqar Məmmədovun prezident seçkilərində namizədliyi təsdiq olunub

İlqar Məmmədovun prezident seçkilərində namizədliyi təsdiq olunub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq MSK-nın 11 avqust 2013-cü il tarixli protokolu təsdiqlənib.

İclasda bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Daha sonra namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar Əli oğlu Məmmədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması ilə bağlı məsələ müzakirə olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın araşdırmalarına görə, İlqar Əli oğlu Məmmədovun (İlqar Altay) Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması ilə bağlı əsaslar mövcuddur. Qərar səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov namizədləri imzatoplama prosesinə ciddi yanaşmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə