Erməni əsgər Azərbaycan tərəfinə keçib KÖNÜLLÜ

Erməni əsgər Azərbaycan tərəfinə keçib KÖNÜLLÜ

Ermənistan silahlı qüvvələrinin əsgəri cəbhə xəttindən Azərbaycan tərəfə keçib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qoşunların təmas xəttini Ağdam istiqamətdə keçən erməni əsgərini çoban ailələri tutaraq, onu aidiyyatı qurumlara təhvil veriblər.

Belə ki, hadisə ötən gecə Ağdamın cəbhəyanı Çəmənli kəndində qeydə alınıb. Kəndin ərazisində fermada yaşayan Zeynalovlar ailəsi gecə saat 11-də fermaya bir əsgərin daxil olduğunu görüblər. Səs-küyə yaxınlaqdakı əkin sahələrində çalışan yerli sakinlər də gəlib. Erməni və rus dilində danışan əsgərin üzərində sənədi olmasa da, o özünü Akop Gevorkoviç kimi təqdim edib.

Akop Gevorkoviç yaxınlıqda yerləşən "n" saylı hərbi hissəyə təhvil verilib. Onun hansı məqsədlə təmas xəttini keçdiyi hələlik məlum olmasa da, erməni əsgər bunu könüllü etdiyini bildirib.

Qeyd edək ki, erməni əsgərin üzərinə silah-sursat olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə