Araz Əlizadə: “ “Milli Şura”ya daxil olanlar 1990-cı ildə Qarbaçova Azərbaycan xalqını əzmək üçün imkan yaradanlardır”
ASDP-nin sədri Araz Əlizadənin Səs Tv-yə müsahibəsi:
- Araz bəy, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi ilə bağlı tərəddüdlər yaranıb. Bunu İbrahimbəyovun "Milli Şura" üzvlərinə qarşı qeyri-ciddi yanaşması və onların prezident seçkilərində iştirakına hansısa maneələr yaratması kimi başa düşmək olarmı?
- Onu qeyd edim ki, "Milli Şura" yaranan gündən mən demişdim ki, "Milli Şura" ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq isə heç vaxt ayaq açıb yeriyə bilməz. "Milli Şura"ya daxil olanlar 1990-cı ildə Qarbaçova Azərbaycan xalqını əzmək üçün imkan yaradanlardır. Sonra da 1992-ci ildə dövlət çevrilişi ilə gəldilər hakimiyyətə və xalqı, ölkəni pis vəziyyətə saldılar. 1993-cü ildə isə xalqı vətəndaş müharibəsi təhlükəsi qarşısında qoyub qaçdılar. İndi bu insanlar bir daha hakimiyyətə gəlmək istəyirlər. Lakin bilirlər ki, xalq arasında bunların heç bir nüfuzu yoxdur. Ümumiyyətlə Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülən kimi mən elan etdim ki, bu adam namizəd ola bilməz. Çünki onun ikili vətəndaşlığı mövcuddur. Bunun qarşılığıda isə R.İbrahimbəyov adımı çəkməsə də, mənə cavab ünvanladı ki, o yalan danışır. Amma sonradan özünün yalanı ortaya çıxdı. Bildirdi ki, ərizə yazaraq ikinci vətəndaşlığından imtina edib. Əgər ikili vətəndaşlığı yox idisə, bəs niyə ərizə yazırdı. Bu da R.İbrahimbəyovun yalanlarından biri. Digər bir qəribə, maraqlı məsələ ondan ibarətdir ki, namizədliyini irəli sürmək istəyən insan xalqı ilə görüşər. R.İbrahimbəyov isə ABŞ, Avropa, Rusiyada görüşlər keçirməyə başladı. Sonra bunlar getdilər Tbilisidə hansısa yararsız, lazımsız bir görüş keçirdilər. Bu insanlar gündə bir söz danışırlar, gündə bir fikrə qulluq edirlər.
- Avqustun 12-də "Milli Şura" sessiya keçirməyi planlaşdırır. Sessiyada yeni bir namizədin ortaya çıxacağı məsələsi nə dərəcədə mümkündür?
- Mən bu insanların əksəriyyətini çoxdan tanıyıram və deyə bilərəm ki, bunların heç biri bir-birlərinə güzəştə getməyəcəklər. Xatırladaq ki, Müsavat partiyası başqanı İsa Qəmbər Əbülfəz Elçibəyə "mənəvi atam" deyirdi. Lakin 1998-ci ildə seçkidə ona güzəştə getmədi. İndi də təbii ki, heç kimə güzəştə getməyəcək. Mən Leninin bir sözünü yada salmaq istəyirəm. "Yaxşı birləşmək üçün, yaxşı parçalanmaq lazımdır". Bunlar parçalanmağı öyrəniblər, amma birləşməyi yox.
- "Milli Şura" da yeni namizəd ortaya çıxarsa, bu halda parçalanma baş verəcəkmi? Ümumilikdə müxalifətin seçkilərdəki şansını necə dəyərləndirərdiniz?
- Müxalifətin seçkidəki şansı sıfıra bərabədir. Onlar əvvəlcədən bilirdilər ki, heç bir şansları yoxdur. Guya bunların fikrincə "vahid namizəd"ləri olsa, bunlar qalib gələcəklər, amm hamısı boş fikirlərdir və heç bir əsası yoxdur. İbrahimbəyov siyasətçi deyil, bu adamın siyasətlə heç bir əlaqəsi yoxdur. İbrahimbəyov heç azərbaycanlı olduğunu belə tam göstərə bilməyib. Bununla bağlı məsələlər hər kəsə məlumdur.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB