YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim edib

YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim edib

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki sənədlərini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə SİA-ya YAP-ın mətbuat xidmətindən xəbər verilib.

Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə