"Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək..."

"Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək..."

"Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürürvericidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur. Onun sözlərinə görə, sosial müdafiədə ünvanlılıq baş xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini Ulu öndər Heydər Əliyev qoyub: "Məhz bu böyük insanın şəxsiyyəti və xarizması sayəsində adətən, çox ağrılı və əziyyətli olan bu transformasiya-keçid proseslərini Azərbaycan çox ehtiyatlı və ağrısız başa çatdıra bilib. Bu, avropatipli sosial müdafiə modelidir. Burada ilk olaraq dövlət ona nail olur ki, insan özü özünü müdafiə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə