ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr təyin edildiyini bəyan edib. SİA-nın məlumatına görə, bəyanatda bildirilir:
"Mən əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək. ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün iki ölkəyə yardım göstərilməsinə tam sadiqdir".
Qeyd edək ki, Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq. Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB