Məzahir Pənahov: "Seçkiləri Azərbaycan ictimaiyyətinə layiq şəkildə keçirməliyik"
"Dövlət saxlamağa hər xalqın gücü çatmır və hər bir xalqa da suveren dövlət qurmaq nəsib olmur. Buna görə də qarşıdan gələn prezident seçkilərini Azərbaycan ictimaiyyətinə layiq şəkildə keçirməliyik". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, heç bir kəs seçki prosesində neqativ halların baş verməsinin istəməz: "Heç kimə seçki komissiyasının fəaliyyətinə müdaxilə etməyə icazə vermək olmaz. Onlardan yalnız şikayət etmək olar. Heç kimin ixtiyarı yoxdur ki, seçkiləri özünün standartına endirsin".
MSK sədri bilbirib ki, səsvermə prosesi zamanı səslərin vaxtında MSK-ya çatdırılması üçün bütün imkanlar yaradılıb: "Hesab edirəm ki, seçkilərin şəffaf şəkildə keçirilməsi üçün bütün imkanlar yaradılıb. Məntəqələr üzrə əvvəlki illərə nisbətən səs verəcək insanların sayı isə 1500-ə qədər artıb. DSK-lar seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Artıq bununla bağlı prosesləri start verilmiş hesab edə bilərik. Bunun üçün DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB