Bu gün Gəncə şəhərində YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib. SİA-ya verilən məlumata görə, konfransda YAP-ın sədr müavini Əli Əhmədov, millət vəkili Eldar İbrahimov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və partiyanın ərazi təşkilatlarından nümayəndələr iştirak edib.
Konfransa 246 ərazi ilk partiya təşkilatından 466 nümayəndə qatılıb. Bildirilib ki, ötən müddət ərzində YAP Gəncə şəhər təşkilatı öz fəaliyyəti müddətində mütərəqqi iş təcrübəsi toplayaraq YAP-ın sınanmış qabaqcıl dəstələrindən birinə çevrilib. Təşkilat Siyasi və ideoloji cəhətdən daha da mətnləşərək yeni iş təcrübəsi ilə zənginləşib.
Tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov Olimpiya çempionu Toğrul Əsgərova partiya biletini təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB