YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib FOTOLAR

Tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov da iştirak edib
YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib. Tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP şəhər təşkilatının fəalları iştirak edib.


Konfransdan öncə ulu öndər Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkənin hər yerində olduğu kimi Gəncə şəhərində də ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan Partiyasına əhalinin inamı olduqca böyükdür. Ölkəmizdə yeni iş yerlərinin yaradılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, bölgələrdə də əhalinin ölkənin əsas siyasi qüvvəsi olan YAP ətrafında sıx birləşməsinə zəmin yaradıb.


"İnanaraq bildirirəm ki, qarşıdan gələn prezident sekilərində Gəncə şəhər təşkilatının malik olduğu əzəmətli resurs səmərəli şəkildə istifadə ediləcəkdir. Gəncədə gördüyüm əhval-ruhiyyə, ovqat qarşıdan gələn prezident seçkiləri kampaniyasının kifayət qədər səmərəli keçirilməsi üçün ciddi əsaslar yaradır. Gəncədə gördüklərimiz, Gəncənin simasının dəyişməsi, müasirləşməsi, yeniləşməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın bütövlüyü, müasirləşməsi, yenilənməsi strategiyasının Gəncə şəhərinin timsalında özünün bariz ifadəsini bilavasitə göstərir. Bu, insanların ovqatının formalaşmasına təsir göstərir. Gəncədəki yenidənqurma, şəhərin simasının dəyişməsi hər şeydən əvvəl bir şəhər olaraq Gəncənin həyatında yeni bir başlanğıc deməkdir. Bu, Gəncədə insanların yaşaması üçün daha rahat şəraitin yaradılması deməkdir", - deyə Əli Əhmədov bildirib.


Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Gəncə şəhərində görkəmli siyasi xadim, dünya şöhrətli siyasətçi Heydər Əliyevin yaratdığı partiyaya və bu gün bu siyasi kursu layiqincə davam etdirən prezident İlham Əliyevə xalqın böyük inamı və məhəbbəti var: "Partiyanın Gəncə şəhər təşkilatının sıraları ildən ilə genişlənir. Rəsmi rəqəmlər də göstərir ki, insanların Yeni Azərbaycan Partiyasına olan inamı, güvənci getdikcə daha da möhkəmlənir. Əgər 2007-ci ildə YAP Gəncə şəhər təşkilatının sıralarında 21 201 nəfər var idisə, bu gün bu rəqəm 26 780 nəfər təşkil edir. Ümumilikdə partiyanın sıralarının 58 faizini qadınlar, 55 faizini isə gənclər təşkil edir. Bir sözlə, tanınmış şəhər ziyalılarının əksəriyyəti müasir Azərbaycanın işıqlı gələcəyini ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursda görür. Paytaxtla yanaşı, bölgələrdə gedən inkişaf, şəhərin müasirləşməsi yeni iş yerlərinin yaradılması əhalinin hakimiyyətə olan güvəncinin artmasının əsas amillərindən biridir. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkənin iqtisadi gücü ilə fəxr edir və bu iqtisadi güc insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rola malikdir".


Sonra konfransda təşkilati məsələlər müzakirə edilib. Səsvermə ilə Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda həmçinin, təşkilatın siyasi şura və idarə heyətinin tərkibi müəyyənləşib.


Konfransın sonunda Azərbacan Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyevə YAP Gəncə şəhər təşkilatının VIII konfransının iştirakçıları adından müraciət qəbul olu

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə